Hmeymimə mobil diversant qrupu hücum etdi - İki rus hərbçisi öldü

2018/01/syria_vs234234_1515062410.jpg
Oxunub: 3599     18:36     04 Yanvar 2018    
Rusiya Müdafiə Nazirliyi 31 dekabr 2017-ci il tarixdə Rusiyanın Suriyada yerləşən aviabazasının atəşə tutulması nəticəsində 7 təyyarənin məhvi ilə bağlı məlumatı rəsmi şəkildə təkzib edib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi rəsmi bəyanatında Hmeymim bazasında 7 təyyarənin məhv edilməsi barədə məlumatları yalan adlandırıb. Bununla belə bildirilir ki, həqiqətən də həmin tarixdə mina atəşi baş verib. Onu mobil diversant qrupu həyata keçirib. Nəticədə iki hərbi qulluqçu həlak olub.

Həmçinin qeyd olunur ki, hazırda Suriya hərbçiləri diversantların axtarışı üzrə işləri davam etdirirlər. Eyni zamanda Hmeymim bazasında təhlükəsizlik tədbirləri gücləndirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin