“ABŞ İranın nüvə proqramı üzrə daha uzunmüddətli razılaşmaya nail olmaq niyyətindədir, həmçinin Vaşinqton yalnız nüvə silahının hazırlanması deyil, eyni zamanda döyüş başlıqlarının çatdırılması vasitələrinə də sanksiya tətbiq etmək imkanını saxlamaq istəyir”.
Ordu.az “Voice of America” radiostansiyasına istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.
“Hazırda biz Konqreslə sanksiyaların daxil edilməsi üçün yeni şərt və razılaşmaların yaradılması üzərində çalışırıq. Həmçinin biz elə uzunmüddətli fəaliyyət qanunu barədə razılaşma əldə etmək istəyirik ki, orada İranın istifadəyə yararlı nüvə silahı və ballistik raket alması halında sanksiyaların dərhal qüvvəyə minməsi nəzərdə tutulsun”, - deyə Pens bildirib.
O həmçinin xatırladıb ki, İranla hazırki razılaşma 10 il müddətinə nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
İran
Nüvə-proqramı