Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2017-ci ildə Tu-142 və İl-38 təyyarələri Arktikada mütəmadi uçuşlar həyata keçirib. Bu il də bu uçuşlar davam edəcək və ciddi şəkildə artacaq”, - deyə məlumatda bildirilib.
Əlavə olaraq bildirilib ki, pilotlar və komanda üzvlərinə Arktikanın çətin hava şəraitində manevretmə qabiliyyətləri üzrə diqqətli şəkildə təlimlər verilir.
Ağalar Ağalarlı
Ordu.az