“ABŞ-ın Ukraynadakı hərbi müşavirlərinin sayı dəyişməyəcək” – Pentaqon

2017/12/401593234234_1514620815.jpg
Oxunub: 354     15:59     30 Dekabr 2017    
“ABŞ-da Ukraynanı silahla təchiz etmək barədə qərar qəbul olunmasında baxmayaraq ölkədəki Amerika təlimatçılarının sayı və onların rolu dəyişməyəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Düşünmürəm ki, yarım il ərzində Ukraynadakı hərbçilərimizin sayı dəyişər və indi də bu, planlaşdırılmır. Bu sayı dəyişdirmək barədə ümumiyyətlə plan yoxdur”, - deyə Pentaqon rəhbəri bildirib.

Mettis qeyd edib ki, ABŞ-ın Ukraynadakı hərbi müşavirlərinin sayının dəyişməsi yalnız rotasiya ilə əlaqədar ola bilər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Ukrayna  


Bizi "telegram"da izləyin