Rusiya MN 2017-ci ilin ən yaddaqalan hərbi görüntülərini təqdim edib – VİDEO

2017/12/1032931855_1514486627.jpg
Oxunub: 424     02:09     29 Dekabr 2017    
Su-57, Su-35S, Su-30SM, MiQ-35, qrıcıları haqqında videogörüntülər, həmçinin Rusiya Aerokosmik Qüvvələri və Rusiya Hərbi Dəniz Donanmasının Suriya ərazisində terrorçuların obyektlərinə zərbələr endirmələri 2017-ci ildə hərbi sahədə ən yaddaqalan görüntülərdir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “YouTube” kanalında yerləşdirdiyi videogörüntülərə şərh verərkən bəyan edib.

Bildirilir ki, bu il Rusiya ordusu üçün yetərincə yaddaqalan hadisələrlə xarakterizə olunsa da, onlardan ən yaddaqalanı Suriya Respublikasında hərbi əməliyyatların bitməsi və Rusiya qoşunlarının oradan çıxarılması oldu.

Rusiya Aerokosmik Qüvvələrinin zərbələri və sualtı, həmçinin gəmilərdən “Kalibr” raketlərinin İŞİD obyektlərinə atışı xüsusilə böyük marağa səbəb olub.

Həmçinin Tu-95MS bombardmançılarından atılan X-101 qanadlı raketlərinin zərbələri də 2017-ci ilin ən yaddaqalan hərbi videolarından hesab olunur.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin