Ukrayna cəbhə xətti üçün zirehli müdafiə kapsulu hazırlayıb

2026/06/1782748459.jpg
Oxunub: 213     19:49     29 İyun 2026    
Ukraynanın PARABELLA şirkəti birbaşa cəbhə xəttində möhkəmləndirilmiş müdafiə mövqelərinin yaradılması üçün yeni zirehli müdafiə kapsulu hazırlayıb.

Ordu.az xəbər verir ki, istehsalçı şirkətin məlumatına görə, sığınacağın istehsalında 16 mm qalınlığında üç təbəqəli zirehli poladdan və şəxsi heyəti kumulyativ döyüş sursatlarından qorumaq üçün metal mühafizə ekranlarından istifadə olunub.

Zirehli mövqenin daxilində eyni vaxtda silahlı 10 hərbçiyə qədər şəxsi heyətin yerləşdirilməsi mümkündür.

Sistem şəxsi heyəti bütün istiqamətlərdən qorumaqla yanaşı, ətrafın müşahidəsi üçün 360 dərəcə baxış imkanını da təmin edir.

Hazırlanan həll konsepsiya baxımından Sovet dövründə tətbiq olunan bəzi mühəndislik layihələrini xatırladır. Həmin dövrdə pulemyot mövqeləri, komanda və müşahidə məntəqələrinin qısa müddətdə qurulması məqsədilə əvvəlcədən hazırlanmış metal konstruksiyalardan istifadə edilirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PARABELLA  


Bizi "telegram"da izləyin