"Haber Global"ın Azərbaycanın Silahlı Qüvvələr Günü ilə bağlı süjeti: "Onlar dastan yazdılar" (VİDEO)

2026/06/1782476557.jpg
Oxunub: 187     16:21     26 İyun 2026    
"Müzəffər Azərbaycan Ordusu bu gün yaranmasının 108-ci ildönümünü qeyd edir. 2020-ci ildə Qarabağ Zəfəri ilə gücünü bütün dünyaya göstərən və öz torpaqlarını erməni işğalından azad edən Azərbaycan əsgərlərinin yazdığı dastan ölkəmizin, azərbaycanlıların, dostlarımızın qəlbini qürur hissi ilə doldurur".

Ordu.az-ın xəbərinə görə, bu sözlər "Haber Global" "YouTube" kanalının Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı hazırladığı videosüjetdə deyilir.

"Onlar dastan yazdılar. Azərbaycanın qəhrəman əsgərləri Qarabağda Zəfərə gedən yolu qarış-qarış hazırladılar.

28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycanda Osmanlı zabitlərinin də töhfələri ilə qurulan ordu bu gün bölgənin ən güclüləri sırasında yer alır. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qüdrətini göstərən Azərbaycan Ordusu o vaxtdan bəri quruluş ildönümünü torpaqlarını işğaldan azad etməyin və Zəfərin qüruru ilə qeyd edir", - deyə materialda bildirilib.

"Azərbaycan Ordusunun Türkiyə ilə əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Dost və qardaş iki ölkə hərbi təlim, birgə təlimlər və müdafiə sənayesi sahəsində çoxşaxəli tərəfdaşlıq həyata keçirirlər", - deyə süjetdə diqqətə çatdırılıb.

Daha ətraflı videosüjetdə:


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Haber-Global   Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin