Lavrov Ursula fon der Lyayenin Paşinyana məktubunu tənqid edib

2026/06/1780637526.jpg
Oxunub: 210     19:22     23 İyun 2026    
Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı məktuba münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lavrov bildirib ki, Avropa İttifaqı yalnız başqa ölkələrdə hakimiyyət dəyişikliyinə gizli üsullarla təsir göstərməyə çalışmır, eyni zamanda bununla fəxr edir.

“Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubunu qeyd etmək istərdim. O yazır: “2018-ci ildə rəhbərlik etdiyiniz məxməri inqilabın ruhu yaşayır və inkişaf edir. İrəvan Avropaya arxalana bilər”. Başqa sözlə, indi onlar təkcə gizli üsullarla hakimiyyət dəyişməyə çalışmırlar, həm də rəngli, məxməri və digər inqilablar təşkil etmələri ilə qürur duyurlar”, - deyə Lavrov Ukrayna ilə bağlı keçirilən səfirlər “dəyirmi masası”nda çıxışı zamanı bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   Paşinyan   Lavrov  


Bizi "telegram"da izləyin