Türk-macar tərəfdaşlığı olan KATICA Avropa bazarına çıxır

2026/06/Ekran-1782233281.jpg
Oxunub: 268     20:44     23 İyun 2026    
Türkiyənin və Macarıstanın birgə hazırladığı KATICA 6x6 insansız quru platformasına MKE tərəfindən istehsal olunan TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sistemi inteqrasiya edilib.

Ordu.az xəbər verir ki, bu barədə “HT Division” şirkətinin baş icraçı direktoru Suat Gökhan Karakuş Parisdə keçirilən EUROSATORY 2026 sərgisində məlumat verib.

Onun sözlərinə görə, məqsəd Türk və Macar mühəndislik imkanlarını birləşdirərək “Made in Europe” markası altında Avropa bazarına çıxmaqdır.

Karakuş bildirib ki, şirkət uzun müddətdir Macarıstanda fəaliyyət göstərir və həm idarə olunan, həm də insansız sistemlər istehsal edir. Ukrayna müharibəsindən sonra insansız hava və quru sistemlərinə tələbatın artması bu istiqamətdə işləri sürətləndirib.

“Katica” (“uğur böcəyi”) adlanan platforma üzərində yerləşdirilən TOLGA sistemi ilə bağlı MKE ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Layihə ilk dəfə EUROSATORY 2026 sərgisində nümayiş etdirilib.

Karakuş vurğulayıb ki, layihənin əsas məqsədi Macarıstanın sənaye və istehsal imkanlarından istifadə etməklə Türk texnologiyalarını Avropa və NATO ölkələrinin bazarlarına çıxarmaqdır.

Onun sözlərinə görə, yeni platforma Türk-Macar əməkdaşlığının məhsulu olmaqla yanaşı, Avropa müdafiə bazarında rəqabət qabiliyyətli məhsul kimi təqdim ediləcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KATICA  


Bizi "telegram"da izləyin