Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 23-də keçirilən iclasa Ermənistan iqtisadiyyat nazirinin müavini Edqar Zakaryan və İranın yollar və şəhərsalma nazirinin müavini Reza Əkbəri həmsədrlik ediblər.
“İclasın gündəliyinə yol rüsumları, logistika infrastrukturunun inkişafı, eləcə də sərhəd-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı məsələlər daxil edilib. Görüşdə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami və Ermənistanın İrandakı ticarət attaşesi Hayk Nazaryan da iştirak ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az