AKINCI BOZOK sursatı ilə atış sınağını uğurla tamamladı - VİDEO

2026/06/1781727747.jpg
Oxunub: 253     00:18     18 İyun 2026    
“Baykar” şirkətinin istehsalı olan AKINCI pilotsuz uçuş aparatı yeni sursat inteqrasiyası çərçivəsində BOZOK lazerlə idarə olunan miniatür sursatı ilə uğurlu atış sınağı həyata keçirib.

Ordu.az xəbər verir ki, sınaq zamanı TÜBİTAK SAGE tərəfindən hazırlanmış yerli və milli BOZOK sursatı hərəkətdə olan hədəfə qarşı istifadə olunub və hədəf yüksək dəqiqliklə məhv edilib.

Sınağın görüntülərini sosial media hesabında paylaşan Selçuk Bayraktar “Bayraktar” AKINCI BOZOK Sursatı Atış Sınağı: Tam Dəqiq Zərbə” mesajını yayımlayıb.

Türkiyə Müdafiə Sənayesi Başkanlığı da sınağın uğurla başa çatdığını təsdiqləyərək bildirib ki, AKINCI pilotsuz uçuş aparatı BOZOK lazerlə idarə olunan sursatın atış testini müvəffəqiyyətlə yerinə yetirib.

Qurumun açıqlamasında qeyd olunub ki, BOZOK sursatının hərəkətli hədəfə qarşı nümayiş etdirdiyi yüksək performans milli platformalarla yerli və orijinal sursatlar arasında inteqrasiya imkanlarının çatdığı səviyyəni bir daha ortaya qoyub.

Açıqlamada bu uğurda əməyi olan TÜBİTAK SAGE və “Baykar” kollektivləri təbrik olunub, həmçinin müdafiə sənayesinin kritik texnologiyalar sahəsində imkanlarını gücləndirən layihələrin davam etdiriləcəyi vurğulanıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AKINCI   BOZOK   Baykar  


Bizi "telegram"da izləyin