Türkiyə daha iki İSTİF sinfinə məxsus freqat inşa edəcək

2026/06/1781717599.jpg
Oxunub: 253     21:37     17 İyun 2026    
Türkiyənin hərbi gəmiqayırma proqramı çərçivəsində daha iki İSTİF sinfinə məxsus freqatın inşasına başlanılacaq.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, hazırda MİLGEM layihəsi çərçivəsində inşa edilən TCG İSTANBUL (F-515) freqatı aktiv xidmətdədir. Sinfin digər gəmiləri - F-516, F-517, F-518, F-519, F-520, F-521 və F-522 üzrə inşa işləri isə müxtəlif gəmiqayırma zavodlarında davam etdirilir.

Bildirilib ki, İndoneziyaya ixrac olunacaq F-519 və F-521 freqatlarının əvəzini çıxmaq məqsədilə daha iki yeni freqatın inşasına yaxın günlərdə rəsmi start veriləcək. Bununla da Türkiyə eyni vaxtda doqquz İSTİF sinfinə məxsus freqat inşa edən ölkəyə çevriləcək.

Hazırda Türkiyə HİSAR sinfinə məxsus açıq dəniz patrul gəmiləri, TEPE sinfinə məxsus hava hücumundan müdafiə esminesləri, REİS sinfinə məxsus sualtı qayıqlar və digər döyüş platformalarının tikintisini də paralel şəkildə davam etdirir.

Məlumata görə, ölkə hazırda 50-yə yaxın hərbi dəniz platformasını eyni vaxtda inşa etməklə NATO daxilində lider mövqedədir.

İSTİF sinfinə məxsus freqatlar ASELSAN tərəfindən hazırlanan CENK-S AESA radarı, HAVELSAN istehsalı ADVENT döyüş idarəetmə sistemi, ROKETSAN istehsalı ATMACA gəmi əleyhinə raketləri, MİDLAS şaquli buraxılış sistemi, MKE istehsalı 76 mm çaplı dəniz topu və ASELSAN GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi ilə təchiz edilir.

Qeyd olunur ki, Türkiyə indiyədək Malayziya, İndoneziya, Ukrayna, Pakistan və Rumıniyaya MİLGEM ADA sinfinə məxsus korvetlər, HİSAR sinfinə məxsus açıq dəniz patrul gəmiləri və İSTİF sinfinə məxsus freqatlar ixrac edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İSTİF   Freqat  


Bizi "telegram"da izləyin