Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, anklavda demək olar ki, hər gün hava zərbələri, artilleriya atəşləri və İsrail ilə fələstinli qüvvələrin nəzarətində olan əraziləri ayıran xətt boyunca silahlı toqquşmalar qeydə alınır.
Son ölüm halları İsrailə məxsus pilotsuz uçuş aparatlarının Qəzza şəhərinə və Qəzza zolağının mərkəzi hissələrinə bir neçə gün ardıcıl endirdiyi zərbələrdən sonra baş verib.
Qəzza Səhiyyə Nazirliyi bildirir ki, həmin hücumlar nəticəsində bir neçə nəfər həyatını itirib.
Qurum daha əvvəl açıqlamışdı ki, İsrail ilə HƏMAS arasında müharibənin başlanmasından etibarən ölənlərin ümumi sayı 73 mini ötüb.
Sevinc Əliyeva
Ordu.az