Burhanettin Duran: "Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir"

2026/06/1781536927.jpg
Oxunub: 222     19:11     15 İyun 2026    
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb.

Ordu.az xəbər verir ki, B. Duran bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Qardaş və dost ölkə Can Azərbaycanın Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edirəm", - o bildirib.

B. Duran əlavə edib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının birlik və həmrəylik içində öz gələcəyinə sahib çıxdığı, dövlətinin varlığı və millətinin rifahı naminə ortaya qoyduğu güclü iradənin rəmzidir:

"Sevinci və kədəri bölüşən Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı da "Bir millət, iki dövlət" anlayışı ilə hər keçən gün daha da möhkəmlənir. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən əziz şəhidlərimizi rəhmət və ehtiramla, qəhrəman qazilərimizi isə şükran və minnətdarlıqla yad edirəm".


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin