Türkiyə XİN rəhbəri İranı mümkün təxribatlarla bağlı xəbərdar edib

2025/01/1738142498.jpg
Oxunub: 203     17:11     15 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı pozmağa yönəlmiş mümkün təxribatlarla bağlı xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti” agentliyinə məlumat verib.

Mənbənin sözlərinə görə, iyunun 15-də baş tutan telefon danışığı zamanı Abbas Əraqçi ABŞ ilə İran arasında danışıqlar prosesinə verdiyi töhfəyə görə Türkiyəyə təşəkkür edib.

Hakan Fidan əldə edilmiş razılaşmadan məmnunluğunu ifadə edərək bildirib ki, Ankara əlavə danışıqlardan da müsbət nəticələr gözləyir.

“Razılaşmanı pozmağa yönəlmiş təxribatlara qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayan nazir Hakan Fidan bəyan edib ki, Türkiyə regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində töhfə verməyə qətiyyətlə davam edəcək”, - deyə mənbə bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp və İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi qarşılıqlı anlaşma memorandumu üzrə işlərin başa çatdığını təsdiqləmişdilər. Sənədin iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran   Fidan   Əraqçi  


Bizi "telegram"da izləyin