Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu Trampın Avropada keçirilən G7 sammitindən qayıtmasından sonra, qarşıdakı həftəsonunda və ya qısa müddət sonra görüş təşkil etməyə çalışır.
Bildirilir ki, görüş zamanı Netanyahu Trampa İranla mümkün razılaşma ətrafında aparılan danışıqlarla bağlı İsrailin mövqeyini təqdim etmək niyyətindədir.
Xatırladaq ki, iyunun 14-də Tramp Netanyahunu “çətin insan” adlandırmış və ABŞ ilə İran arasında əldə olunmaq üzrə olan yekun razılaşmanı təhlükə altına salan hücumlara görə onu sərt tənqid etmişdi.
ABŞ Prezidenti həmçinin bəyan etmişdi ki, əgər İran nüvə silahına malik olsaydı, İsrail iki saat belə tab gətirə bilməzdi.
Sevinc Əliyeva
Ordu.az