ASELKON-un “Stato4 Pro” modeli PUA təhdidlərinə qarşı effektiv həll təqdim edir - VİDEO

2026/06/Ekran-1780942775.jpg
Oxunub: 278     22:25     08 İyun 2026    
Ov, idman atıcılığı və müdafiə təyinatlı silah sistemləri istehsal edən ASELKON şirkəti hazırladığı “Stato4 Pro” modeli ilə aşağı hündürlükdə uçan Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı effektiv həll təqdim edir.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin xarici ticarət üzrə mütəxəssisi Musab Su “Defensehere”a açıqlama verib.

O bildirib ki, şirkət həm ov tüfəngləri, həm də müdafiə məhsulları sahəsində fəaliyyət göstərir.

Musab Su qeyd edib ki, “Stato4 Pro” modeli üzərinə quraşdırıla bilən müxtəlif aksesuarlarla seçilir. Böyüdülmüş idarəetmə düymələri və yenidən doldurma qolu istifadə rahatlığını artırır. “Hand stop” aksesuarı isə ardıcıl atəş zamanı silahın sabitliyini yüksəldir.

Onun sözlərinə görə, monoblok alüminium ön hissə üzərində yerləşdirilən M-LOK yuvaları əlavə avadanlıqların inteqrasiyasına imkan yaradır.

Silah üzərində quraşdırılmış “Picatinny” kronşteyn sistemi lazer və işıqlandırma qurğularının asanlıqla əlavə edilməsinə şərait yaradır. Musab Su vurğulayıb ki, “Stato4 Pro” modelinin ən diqqətçəkən xüsusiyyəti üzərinə quraşdırılan “red-dot” nişangah sistemləridir.

“Bu nişangahlara PUA-lara qarşı istifadə üçün uyğun optik sistemlər quraşdırıldıqda, silah müasir dövrün ən vacib vasitələrindən birinə çevrilir”, - deyə o bildirib.

Onun sözlərinə görə, kiçik və sürətli hərəkət edən PUA-lara qarşı qırmalı patronlardan istifadə bəzi hallarda üstünlük yarada bilir. Musab Su qeyd edib ki, standart ov tüfəngləri adətən 4+1 patron tutumuna malik olur. Lakin “Stato4 Pro” modelində bu göstərici artırılıb.

“Hazırda silahın patron tutumu 7+1 olmaqla ümumilikdə 8 patron təşkil edir”, - deyə o bildirib.

Şirkət nümayəndəsi əlavə edib ki, tənzimlənən qundaq müxtəlif istifadəçilərin erqonomik tələblərinə cavab verir. Arxa hissədə yerləşən QD sürətli bağlantı sistemi isə qayışın istifadəsini asanlaşdırır.

“Qundaq uzadıla və ya operatorun çiyin ölçüsünə uyğun qısaldıla bilir”, - deyə Musab Su vurğulayıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELKON   Stato4-Pro   PUA  


Bizi "telegram"da izləyin