Nigerdə yaraqlıların hücumu zamanı onlarla insan həlak olub, matəm elan edilib

2024/06/1719378026.jpg
Oxunub: 114     03:02     26 İyun 2024    
Nigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, hadisə Tillaberi regionunda Tera departamentində baş verib. Silahlı terror qruplaşması tərəfindən törədilən hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir.

Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niger   Matəm  


Bizi "telegram"da izləyin