İlham Əliyev MN-in hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb

2024/06/1718947601.jpg
Oxunub: 1020     21:01     25 İyun 2024    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   MN  


Bizi "telegram"da izləyin