Ukrayna Aİ-yə qəbul üçün danışıqlara başlayıb

2024/05/1716273219.jpg
Oxunub: 195     19:43     25 İyun 2024    
Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Aİ-Ukrayna Hökumətlərarası Konfransının ilk iclası Lüksemburqda keçirilib.

Bildirilir ki, ölkənin Aİ-yə qəbulu ilə bağlı danışıqlar müddətlə məhdudlaşmır və üzvlük üçün hər hansı konkret müddət müəyyən edilmir.

Daha əvvəl Kiyevə ən azı 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini vəd edən Avropa Şurasının rəhbəri Şarl Mişel qarşıda uzun və çətin prosesin olduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar üzrə rekordçusu Türkiyədir. Ankara 19 ildir ki, heç bir perspektivi olmadan Aİ ilə danışıqlar aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin