Gürcüstanda altı müxalifət partiyası parlament seçkiləri ərəfəsində "Birlik Bəyannaməsi" imzalayıb

2024/05/1715238526.jpg
Oxunub: 181     18:49     25 İyun 2024    
Gürcüstanda altı müxalifət partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində "Birlik Bəyannaməsi" imzalayıb.

Ordu.az xəbər verir ki, bunlar “Vahid Milli Hərəkat”, “Girchi – More Freedom”, “Droa”, “Lelo for Georgia”, “Agmaşenebeli Strategy” və “Axali”dir.

Bəyannaməyə digər müxalifət partiyalarına da qoşulmaq imkanı veriləcək.

Bəyannamədə seçkilər öncəsi vahid strategiyanın yaradılması, gənclər təşkilatları ilə sıx əməkdaşlıq və seçkilərdə qələbə olacağı təqdirdə siyasi koalisiyaya hazır olmaq nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Müxalifət  


Bizi "telegram"da izləyin