"Azərkosmos" Çexiya şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb

2024/06/82715-1719316842.jpg
Oxunub: 196     15:53     25 İyun 2024    
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos" Çexiyanın “PEKASAT SE” şirkəti ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Ordu.az bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, memorandum aşağıorbitli peyklərin əməliyyatları üçün yerüstü stansiyaların qarşılıqlı istifadəsini və yeni biznes imkanlarını genişləndirmək məqsədini daşıyır.

Hər iki tərəf həm Azərbaycanda, həm də Çexiyada öz müştərilərinə telemetriya, yəni idarəetmə siqnallarının qəbulu və peykə komandaların göndərilməsi, peyklərdən böyük həcmdə məlumatların ötürülməsi və yerüstü infrastrukturun istismarı üzrə təcrübə mübadiləsi sahəsində əməkdaşlıq edəcək.

“PEKASAT SE” Çexiyanın Brno şəhərində yerləşən Avropanın səhmdar şirkətidir. Şirkət özünün yerüstü stansiya qurğuları vasitəsilə peyk operatorları və digər müştərilərinə anten sistemləri üzrə xidmətlər, İT və “bulud” həlləri təklif edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   PEKASAT  


Bizi "telegram"da izləyin