"Əminəm ki, Şuşada keçiriləcək Beynəlxalq Forumda bir sıra tövsiyələr hazırlanacaq" - ISESKO direktoru

2024/06/trend-1719315429.jpg
Oxunub: 194     15:33     25 İyun 2024    
Əminəm ki, Şuşada keçirilən Beynəlxalq Gənclər Forumunun iştirakçıları bir sıra tövsiyələr hazırlayacaqlar.

Ordu.az-ın məlumata görə, bunu İSESCO-nun direktoru Salim Al Malik Şuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forum zamanı jurnalistlərə deyib.

“Gənclər sülhün sərmayəçiləridir, onlar bizim gələcəyimizə dəyişikliklər və təsir etmək iqtidarındadırlar. Buna görə də biz onları burada görməkdən çox şadıq və əminik ki, bu forum iştirakçıları üzv ölkələrimiz və beynəlxalq təşkilatlarla bölüşəcəkləri tövsiyələr hazırlayacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb. Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İSESCO   Şuşa   Forum  


Bizi "telegram"da izləyin