Erməni hərbi ekspert: “Azərbaycan ikitərəfli mexanizm yaradılması təklifini heç vaxt qəbul etməyəcək”

2024/06/1719301211.jpg
Oxunub: 249     16:03     25 İyun 2024    
“Azərbaycan atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaradılması təklifini heç vaxt qəbul etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Onun sözlərinə görə, əslində, Azərbaycan bu mexanizmlərin tətbiqinə 2017-ci ildə imza atıb.

“Sonra Ermənistanın hazırkı hakimiyyəti hakimiyyətə gələndə, bu proses əslində pozuldu. İndi bu mövzunu yenidən gündəmə gətirirlər, tam başa düşürlər ki, Azərbaycan razı olmayacaq”, - deyə Vrtanesyan qeyd edib.

Vrtanesyan belə bir təklifin 2016-cı ilin Aprel döyüşlərindən sonra erməni tərəfi tərəfindən verildiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin