Almaniya hipersəs silahları layihəsində Norveçlə növbəti addımı atır

2024/06/2024--1719219042.jpg
Oxunub: 285     22:19     25 İyun 2024    
Almaniya və Norveçin hipersəs raket layihəsi may ayında açıqlanıb.

Ordu.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi Norveçlə hipersəs silahlarının inkişafı layihəsini maliyyələşdirmək üçün parlamentin büdcə komitəsinə təxminən 652 milyon avroluq (697,18 milyon dollar) sorğu göndərib.

Mayın ortalarında Norveçin müdafiə qrupu “Kongsberg” (KOG.OL) Almaniyanın “Diehl” şirkəti və MBDA şirkəti ilə 3SM “Tyrfing” kimi tanınan supersəs raketinin yaradılması üçün tərəfdaşlıq elan edib.

Səs sürətindən 25 dəfə yüksək sürətlə hərəkət edə bilən hipersəs raketləri Rusiya tərəfindən Ukrayna müharibəsində istifadə edilib və NATO üzvləri arasında narahatlıq yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Norveç  


Bizi "telegram"da izləyin