Litva, Polşa və Fransa hərbçilərinin iştirakı ilə Rusiya və Belarus sərhədində təlimlər keçiriləcək

2026/06/1781368869.jpg
Oxunub: 226     20:37     13 İyun 2026    
Polşada, Suvalki dəhlizi bölgəsində 2026-cı il iyunun 16-dan 26-dək Litva, Polşa və Fransa hərbçilərinin iştirakı ilə “Gallant Boar 2026” beynəlxalq hərbi təlimləri keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Lrytas” nəşri məlumat yayıb.

Litva ordusunun açıqlamasına görə, təlimlərə hazırlıq çərçivəsində iyunun 13-dən etibarən hərbi texnikanın Klaipeda-Krijkalnis-Kazlu Ruda-Marijampole-Suvalki marşrutu üzrə daşınmasına başlanılacaq. Bununla əlaqədar Litvanın cənub-qərb hissəsində yerləşən yollarda hərbi karvanların hərəkətinin artacağı gözlənilir.

Bildirilib ki, təlimlərin əsas məqsədi müttəfiqlərin birgə fəaliyyətinin təkmilləşdirilməsi, bölmələr arasında operativ qarşılıqlı fəaliyyətin artırılması və NATO-nun şərq cinahında müdafiə tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın gücləndirilməsidir.

Qeyd edək ki, Suvalki dəhlizi Polşa ilə Litva sərhədində yerləşən və Baltikyanı ölkələri NATO-nun digər əraziləri ilə birləşdirən strateji əhəmiyyətli bölgə hesab olunur. Həmin ərazi Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşir və regionun təhlükəsizliyi baxımından əsas məntəqələrdən biri sayılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Polşa   Fransa  


Bizi "telegram"da izləyin