Ordu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı 2 milyon 399 min 130 nəfər müəyyən edilib.
Onlardan 1 milyon 510 min nəfəri hərbi qulluqçudur.
Sənəddə Rusiya hökumətinə Müdafiə Nazirliyi üçün federal büdcədən əlavə maliyyə vəsaiti ayrılması tapşırılıb.
Yeni fərmanla 2026-cı il martın 4-də imzalanmış əvvəlki sənəd qüvvədən düşmüş hesab olunur. Əvvəlki fərmanda Silahlı Qüvvələrin ştat sayı 2 milyon 391 min 770 nəfər olaraq müəyyən edilmişdi.
Beləliklə, yeni qərarla ordunun ştat sayı təxminən 7 min 300 nəfər artırılıb. Putin həmin gün xüsusi hərbi əməliyyat iştirakçıları ilə görüşdə bildirib ki, hazırda əməliyyat zonasına 700 mindən çox Rusiya hərbçisi cəlb olunub.
Prezident qeyd edib ki, əməliyyat başa çatdıqdan sonra çoxsaylı veteranların işlə təmin olunması istiqamətində iş aparılır. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə aprelin sonunda açıqlayıb ki, ilin əvvəlindən bəri 127 min nəfər Silahlı Qüvvələrlə müqavilə imzalayıb.
Onun sözlərinə görə, daha 10 min nəfər könüllü birləşmələrdə xidmət üçün müqavilə bağlayıb. Medvedev əlavə edib ki, 2025-ci ildə ümumilikdə 450 min nəfər hərbi xidmət müqaviləsi imzalayıb.
Sevinc Əliyeva
Ordu.az