Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəyə repatriasiya edilmiş 7-is qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaş Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu bu barədə
Ordu.az-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.
Son illərdə Sosial Xidmətlər Agentliyi Azərbaycana repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
Azərbaycan