Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.
Onun sözlərinə görə, Avrasiya inteqrasiya qurumları Ermənistan üçün konkret və hiss olunan nəticələr verir.
“Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin ardıcıl inkişafına və Ermənistanın Avrasiya inteqrasiya strukturlarında iştirakının davam etdirilməsinə geniş tələbat mövcuddur. Bu strukturlar real və hiss olunan faydalar gətirir”, - deyə Zaxarova vurğulayıb.
Diplomat qeyd edib ki, ikitərəfli münasibətlərə dəstək praktik faydanın dərk edilməsinə əsaslanır.
Onun sözlərinə görə, bu yanaşma siyasi vədlər və ya manipulyasiyalarla deyil, əməkdaşlığın konkret nəticələri ilə formalaşır.
“İnsanlar bu nəticələri görür, onları qiymətləndirir və münasibətlərin daha da inkişafını dəstəkləyirlər”, - deyə Zaxarova əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az