Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Korpusun mətbuat xidmətinin məlumatına görə, ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində hava məkanına daxil olub və guya “düşmən əməliyyatı” həyata keçirməyi planlaşdırıb.
Hədəf aşkar edildikdən sonra müşayiətə götürülüb və İnqilabı Keşikçiləri Korpusunun ən yeni hava hücumundan müdafiə sistemlərinin raketləri ilə vurulub.
İnqilabı Keşikçiləri Korpusu həmçinin vurğulayıb ki, İran İslam Respublikasının hava məkanı və ərazi suları İran silahlı qüvvələrinin tam nəzarəti altındadır.
Hava hücumundan müdafiə qüvvələrinin nümayəndələri xəbərdarlıq ediblər ki, ölkənin sərhədlərinin istənilən pozuntusuna qarşı “qəti cavab” veriləcək.
Sevinc Əliyeva
Ordu.az