Tramp İranla razılaşma üçün daha sərt şərtlər irəli sürüb

2026/05/1779686449.jpg
Oxunub: 420     05:11     31 May 2026    
ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda mövqeyini sərtləşdirib.

Ordu.az-ın məlumatına görə, bu barədə "The New York Times" qəzeti adı çəkilməyən Amerika rəsmilərinə istinadən xəbər verib.

"Prezident Tramp İranla müharibəyə son qoymaq üçün potensial razılaşmanın şərtlərini sərtləşdirib. Təkliflər baxılması üçün İran tərəfinə təqdim edilib", - deyə məqalədə bildirilib.

Qəzet qeyd edib ki, hazırda Amerika liderinin hansı yeni tələblər irəli sürdüyü məlum deyil.

Məqalədə vurğulanıb ki, Tramp bundan öncə İranın bəzi aktivlərinin dondurulmasının aradan qaldırılması ideyasından narazılığını bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin