Ordu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, mayın 29-da ABŞ qüvvələri Oman körfəzinin beynəlxalq sularında İran istiqamətində hərəkət edən M/V “Lian Star” gəmisini aşkarlayıb. Hərbçilərin bildirdiyinə görə, ekipaja blokada qaydalarının pozulması barədə 20-dən çox xəbərdarlıq göndərilib.
Ekipaj Amerika tərəfinin tələblərinə əməl etmədikdən sonra ABŞ təyyarəsi gəminin maşın bölməsinə “Hellfire” raketi ilə zərbə endirib. Nəticədə gəmi sıradan çıxarılıb və İran istiqamətində hərəkətini dayandırıb.
CENTCOM-un məlumatına görə, blokada rejiminin tətbiqindən etibarən ABŞ qüvvələri beş ticarət gəmisini sıradan çıxarıb və İran limanlarına getməyə çalışan daha 116 gəmini başqa istiqamətə yönləndirib.
Komandanlıqda bildirilib ki, ABŞ ilə İran arasında atəşkəs razılaşmasının qüvvədə qalmasına baxmayaraq, blokadanın təmin olunması tədbirləri davam etdirilir.
Sevinc Əliyeva
Ordu.az