"Hizbullah" İsrailin şimalına 100 raket və dron atıb

2025/08/1755054670.jpg
Oxunub: 368     00:12     31 May 2026    
"Hizbullah" hərəkatı 17 apreldə atəşkəs qüvvəyə mindikdən bəri ilk dəfə İsrailin şimalındakı yaşayış məntəqələrinə raket atıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Naharnet" xəbər portalı bildirib.

Məlumata əsasən, İslam müqavimət döyüşçüləri İsrail ərazisinə ən azı 100 raket və dron atıblar ki, bunların əksəriyyəti "Dəmir Günbəz" raketdən müdafiə sistemi tərəfindən dəf edilib.60 yaşayış məntəqəsində hava hücumu sirenləri səsləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin