Livanın baş naziri İsrailin hərbi əməliyyatlarının misli görünməmiş şəkildə intensivləşdiyini bildirib

2026/05/1780166923.jpg
Oxunub: 325     22:41     30 May 2026    
Livanın baş naziri Nəvvaf Salam ölkənin cənubunda İsrailin hərbi əməliyyatlarının güclənməsini pisləyərək bunu “təhlükəli və misli görünməmiş gərginləşmə” adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Salam dərhal atəşkəsin təmin olunmasına çağırış edib və bildirib ki, “yandırılmış torpaq” siyasəti İsrailin təhlükəsizliyini təmin edə bilməz.

Televiziya vasitəsilə xalqa müraciət edən baş nazir vurğulayıb ki, hərbi fəallığın daha da artması vəziyyəti yalnız ağırlaşdırır və münaqişənin yeni mərhələyə keçməsi riskini yüksəldir.

Livan hökumətinin başçısı ölkə daxilində tənqidlərə səbəb olan İsraillə birbaşa danışıqları da müdafiə edib.

Onun sözlərinə görə, dialoq Livan üçün “ən az xərc tələb edən yol” olaraq qalır və dövlətin təhlükəsizliyi ilə iqtisadiyyatı üçün daha ağır nəticələrin qarşısını almağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin