ABŞ və Yaponiya raket sistemlərinin birgə istehsalını sürətləndirəcəklər

2026/05/1779427241.jpg
Oxunub: 339     22:01     30 May 2026    
Yaponiyanın müdafiə naziri Şindziro Koidzumi və Pentaqonun rəhbəri Pit Heqset qabaqcıl raket sistemlərinin birgə istehsalını sürətləndirmək barədə razılığa gəliblər.

Ordu.az-ın məlumatına görə, bu barədə "The Japan Times" qəzeti xəbər verib.

Məlumata əsasən, Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumun zamanı keçirilən görüşdə tərəflər Çinin artan hərbi gücü ilə bağlı narahatlıqlar fonunda hərbi imkanların artırılması üçün bir sıra təşəbbüsləri müzakirə ediblər.

Xüsusilə, Yaponiya və ABŞ qırıcı təyyarələri təchiz etmək üçün qabaqcıl "SM-3 Block IIA" raketlərinin, eləcə də "AMRAAM" orta mənzilli hava-hava raketlərinin istehsalını genişləndirəcəklər.

"Raketlərə qlobal tələbatın artması ilə müdafiə sənayesində əməkdaşlıq Yaponiya-ABŞ ittifaqı üçün əsas məsələyə çevrilib", - deyə Ş. Koidzumi jurnalistlərə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   Raket  


Bizi "telegram"da izləyin