Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bəyanatda vurğulanıb ki, bütün ticarət və mülki gəmilər, eləcə də neft tankerləri yalnız müəyyən edilmiş marşrutlarla hərəkət etməli və keçid üçün İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrindən icazə almalıdırlar.
Qərargah bildirib ki, bu qaydaların hər hansı şəkildə pozulması gəmiçiliyin təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər.
Bundan əlavə, İran tərəfi bəyan edib ki, xarici hərbi gəmilərin Hörmüz boğazında hərəkətin idarə olunmasına müdaxilə etmək və ya gəmiçiliyə mane olmaq cəhdləri düşmənçilik hərəkəti kimi qiymətləndiriləcək.
Qeyd olunub ki, belə hallarda həmin qüvvələr İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.
Sevinc Əliyeva
Ordu.az