Heqset: "ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq"

2026/04/1777549192.jpg
Oxunub: 342     20:15     30 May 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" forumunda bəyan edib.

"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", - o deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, vəsaitlər ABŞ-nin pilotsuz texnologiyalar sahəsindəki mövqelərinin gücləndirilməsinə yönəldiləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ  


Bizi "telegram"da izləyin