"Hizbullah" İsrailin Safed şəhərindəki hərbi obyektləri vurub

2026/04/1777047460.jpg
Oxunub: 445     19:40     30 May 2026    
"Hizbullah" hərəkatı Yuxarı Qalileyada Safed şəhərində İsrail hərbi hədəflərinə hücumda dəqiq idarə olunan raketlərdən istifadə edib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Hizbullah"ın "Telegram" kanalında yayımlanan kommünikedə bildirilib.

"İslam Müqaviməti döyüşçüləri sərhəddən 20 km məsafədə yerləşən Safed şəhərindəki hərbi hədəflərə hücum ediblər. Hücum zamanı yüksək dəqiqlikli raketlərdən istifadə edilib", - deyə qeyd olunub.

Kommünikedə bildirilib ki, günün birinci yarısında Livan ərazisindən hava əməliyyatları və elektron müharibə mərkəzinin yerləşdiyi Meron dağındakı İsrail Hərbi Hava Qüvvələri bazasına raket buraxılışı həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail   Safed  


Bizi "telegram"da izləyin