Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik sammitində çıxışından sonra sualları cavablandıran Heqset Pakistan Ordusunun baş komandanı, feldmarşal Asim Muniri və baş nazir Şahbaz Şərifi İran münaqişəsi ətrafında aparılan sülh danışıqlarındakı rollarına görə tərifləyib.
Heqset bildirib ki, ABŞ və Pakistan arasında gözlənilməz irəliləyiş və əsl dostluq inkişaf edir.
O əlavə edib ki, münasibətlərin möhkəmlənməsi Prezident Donald Trampın ötən il Hindistan və Pakistan arasında baş vermiş hərbi qarşıdurma zamanı sülhün təmin olunmasına töhfə verməsində də öz əksini tapıb.
Sevinc Əliyeva
Ordu.az