Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Hörmüz boğazı ərazisində dəniz minasına bənzəyən şübhəli üzən obyekt aşkarlanıb.
Mərkəzin məlumatında qeyd olunub ki, obyekt Omanın ərazi sularında, sahilyanı hərəkət zonasının qərb hissəsində müşahidə edilib.
Səlahiyyətli qurumlar bütün gəmilərə hər hansı şübhəli obyektdən təhlükəsiz məsafə saxlamağı və belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti xidmətlərə məlumat verməyi tövsiyə ediblər.
Sevinc Əliyeva
Ordu.az