Ordu.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmilərinə və vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu məlumatlar ABŞ Prezidenti Donald Trampın Tehranın guya boğazdakı minaları çıxarmağa razılaşdığı barədə açıqlamasından sonra gündəmə gəlib.
Mənbələrin sözlərinə görə, münaqişənin əvvəlində ABŞ və müttəfiqlərinin kəşfiyyat məlumatları İranın boğazı minalamaq ehtimalına işarə edirdi.
Lakin ABŞ hərbçilərinin həyata keçirdiyi sualtı araşdırmalar zamanı dəniz minası kimi dəqiq müəyyən edilə biləcək heç bir obyekt aşkarlanmayıb.
Mənbələrdən biri bildirib ki, təhlükənin real miqyası ilkin ehtimallarla müqayisədə xeyli şişirdilib.
“Əslində təhlükə düşündüyümüzdən qat-qat zəif idi”, - deyə “NBC News” vəziyyətlə tanış mənbənin sözlərini sitat gətirib.
Qeyd edək ki, Hörmüz boğazı neft və qaz daşımalarının həyata keçirildiyi dünyanın ən mühüm marşrutlarından biridir.
Bu səbəbdən bölgənin mümkün minalanması ilə bağlı istənilən məlumat beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır.
Sevinc Əliyeva
Ordu.az