ABŞ, Britaniya və Avstraliya orduları 2027-ci ildə yeni sualtı dronlar əldə edə bilər

2026/05/1780147012.jpg
Oxunub: 349     17:12     30 May 2026    
ABŞ, Böyük Britaniya və Avstraliyanın müdafiə nazirlikləri AUKUS sazişi çərçivəsində müasir sualtı pilotsuz uçuş aparatlarının hazırlanmasını davam etdirəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə nazirliklərin yaydığı birgə bəyanatda qeyd edilib.

Yeni aparatlar 2027-ci ildə bu ölkələrin ordularının silahlanmasına daxil ola bilər.

İşlər AUKUS-un "ikinci sütunu" çərçivəsində aparılır. Razılaşmanın bu hissəsi qabaqcıl müdafiə texnologiyalarının, o cümlədən kvant, sualtı və hipersəs texnologiyalarının, süni intellekt və kibertexnologiyaların hazırlanmasını nəzərdə tutur.

ABŞ-nin müharibə naziri Pit Heqsetin sözlərinə görə, ölkələr sualtı əməliyyatların dəstəklənməsi üçün nəzərdə tutulmuş çoxməqsədli sualtı pilotsuz aparatlar kompleksi hazırlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya   Avstraliya  


Bizi "telegram"da izləyin