ABŞ maliyyə naziri İrana qarşı sanksiyaların qismən yumşaldılmasının mümkünlüyünü istisna etməyib

2026/05/1780139172.jpg
Oxunub: 408     15:01     30 May 2026    
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonla Tehran arasındakı qarşıdurmanın gələcək inkişafından asılı olaraq İrana qarşı tətbiq olunan sanksiyaların qismən yumşaldılmasının mümkün olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Kaliforniya ştatının Simi Velli şəhərində keçirilən Ronald Reyqan İqtisadi Forumunda çıxış edən Bessentə ABŞ-nin İrana qarşı mövcud maliyyə və iqtisadi məhdudiyyətləri saxlayıb-saxlamayacağı ilə bağlı sual ünvanlanıb.

“Baxarıq”, - deyə ABŞ maliyyə naziri cavab verib.

Bessent sanksiya rejiminin yumşaldılması üçün mümkün şərtlərlə bağlı əlavə təfərrüat açıqlamayıb.

Onun bəyanatı ABŞ və İran arasında davam edən diplomatik təmaslar, həmçinin münaqişənin nizamlanması və regionda gərginliyin azaldılmasına yönəlmiş mümkün razılaşmaların müzakirə olunduğu dövrdə səsləndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bessent   İran  


Bizi "telegram"da izləyin