Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.
Erməni siyasətçi bildirib ki, o, bu quruma etibar etmədiyini daha əvvəl də dilə gətirib. Köçəryan xatırladıb ki, KTMT-nin demək olar ki, bütün üzvlərinin Azərbaycanla münasibətləri Ermənistanla müqayisədə daha yaxşıdır.
Onun sözlərinə görə, KTMT belə bir qərar qəbul etməzdi və Rusiya belə bir səsvermə zamanı tək qalardı.
İkitərəfli yardım məsələsinə toxunan erməni siyasətçi qeyd edib ki, onun bildiyi qədər müvafiq prosedurlar tətbiq edilməyib.
“Mən bu məsələni bir zənglə həll edərdim”, - deyə Köçəryan bildirib və əlavə edib ki, onun hakimiyyəti dövründə belə bir müharibə baş verməzdi.
Köçəryan daha əvvəl dəfələrlə səsləndirdiyi mövqeyi təkrarlayaraq bildirib ki, Nikol Paşinyan öz addımları və bəyanatları ilə müharibəni qaçılmaz edib, danışıqlar prosesini pozub.
O, Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatını buna nümunə göstərib.
“Mən belə bəyanatlar verməmişəm. Ərazi iddiaları yox idi. Əksinə, mən AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü tanıdığımı demişəm. Ərazi bütövlüyü elə bir prinsipdir ki, həm onlara, həm də bizə lazımdır. Çünki Ermənistan üçün də ərazi bütövlüyümüzün tanınması vacibdir”, - deyə Köçəryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az