Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Pezeşkianın sözlərinə görə, İranın iri regional birliklərdə iştirakı Tehranın inkişafa yönəlmiş ciddi siyasi iradəsini nümayiş etdirir.
“Avrasiya Birliyi İranın iqtisadi diplomatiyasında xüsusi yer tutur. Avrasiya məkanı ilə azad ticarət sazişinin qüvvəyə minməsindən sonra bir il ərzində unikal imkanlar yaranıb.
Son bir il ərzində bizə qarşı məcbur edilmiş iki müharibəyə baxmayaraq, İran Avrasiya Birliyinin fəaliyyətində fəal iştirakını qoruyub saxlayıb.
Mədəni və coğrafi yaxınlıq region xalqlarının inkişaf yolunu asanlaşdırır”, - deyə İran agentliyi ölkə prezidentinin sözlərini sitat gətirib.
Sevinc Əliyeva
Ordu.az