Ordu.az xəbər verir ki, bəyanatda deyilir:
“Biz, Belarus Respublikasının, Qazaxıstan Respublikasının, Qırğızıstan Respublikasının və Rusiya Federasiyasının prezidentləri,
Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyə yönəlmiş fəaliyyətlərini, o cümlədən 2025-ci ildə Ermənistan parlamenti tərəfindən qəbul edilmiş və Ermənistan Prezidenti tərəfindən imzalanmış “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanunu, həmçinin Avropa İttifaqının Ermənistan hökumətinin Avropaya inteqrasiya kursunu dəstəkləməsini, bu dəstəyin 2026-cı il mayın 5-də keçirilmiş Ermənistan-Avropa İttifaqı birinci sammitinin yekunlarına dair birgə bəyannamədə əks olunmasını nəzərə alaraq,
Ermənistanın Avropa İttifaqına üzvlüyə hazırlığı ilə əlaqədar Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün yaranan əhəmiyyətli riskləri, həmçinin bunun nəticəsində üzv dövlətlərə dəyə biləcək zərərin qarşısının alınmasının vacibliyini nəzərə alaraq,
Qərara alırıq ki, Avrasiya Hökumətlərarası Şurada Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Rusiya Federasiyasının nümayəndələri 2026-cı ilin dekabrında keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının növbəti iclasında Ermənistan Respublikasına münasibətdə Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin fəaliyyətinin dayandırılmasının mümkün nəticələri barədə məruzə təqdim etsinlər.
Biz belə mövqeni bölüşürük ki, Ermənistan Respublikasında mümkün qədər qısa müddətdə Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi Birliyinin tərkibində qalmaq məsələsinə dair ümumxalq referendumu keçirilməlidir”.
Alpər Mövludoğlu
Ordu.az