Köçəryan Paşinyanın qaz məsələsi ilə bağlı bəyanatlarını məsuliyyətsiz hesab edir

2026/05/1780067037.jpg
Oxunub: 357     18:48     29 May 2026    
Ermənistanın ikinci prezidenti və baş nazir postuna namizəd Robert Köçəryan Nikol Paşinyanın qaz məsələsi ilə bağlı bəyanatlarını məsuliyyətsiz hesab edir.

Ordu.az xəbər verir ki, o, Vanadzorda KİV nümayəndələri ilə söhbəti zamanı bu barədə danışıb.

Qazın qiyməti ilə bağlı Paşinyanın bəyanatına münasibət bildirən Köçəryan ehtimal edib ki, Paşinyanın qazın qiymətinin əhəmiyyət daşımadığı və vəsaitin çox olacağı barədə fikirləri məhz “Vətəndaş Müqaviləsi” Partiyasının nümayəndələrinə aiddir.

Erməni siyasətçi qeyd edib ki, 8 milyardın yarısının hara getdiyi məlum deyil.

“O, xalqla məsləhətləşibmi? Xalq qaz üçün iki dəfə artıq pul ödəməyə hazırdırmı? Bu, növbəti məsuliyyətsiz bəyanatdır”, - deyə Köçəryan vurğulayıb.

Qaz mənbəyi ilə bağlı səsləndirilən fikirlərə toxunan Köçəryan bu məsələnin birbaşa Paşinyanın özündən soruşulmasını tövsiyə edib.

Erməni siyasətçi bildirib ki, onun prezidentliyi dövründə şist qazı yataqlarının axtarışı aparılıb, lakin nəticə verməyib. Onun sözlərinə görə, istifadəyə yararlı həcmdə ehtiyatlar aşkar edilməyib.

Köçəryan ABŞ dövlət katibi Marko Rubionun səfərini seçkilərə birbaşa müdaxilə adlandırıb.

Onun fikrincə, Qərb ölkələri Rusiyanı ittiham etdikləri addımları özləri həyata keçirirlər.

Ordu ilə bağlı məsələyə toxunan Köçəryan bildirib ki, Paşinyan ordunu dağıdıb və ordunu dağıdan şəxs onu yenidən qura bilməz.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin