Uşakov: “Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat qəbul ediblər”

2026/04/1775888747.jpg
Oxunub: 454     17:51     29 May 2026    
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

“Orada dörd liderin bəyanatı qəbul olunub”, - deyə Uşakov jurnalistlərə bildirib.

O, bu sözləri İrəvanın Avropa İttifaqına daxil olmaq planları ətrafında yaranmış vəziyyətin hansı kontekstdə müzakirə edildiyi ilə bağlı suala cavab olaraq səsləndirib.

Uşakov bəyanatın məzmunu barədə ətraflı danışmayıb.

Bununla belə, o qeyd edib ki, “bəyanat prezidentin rəsmi saytında dərc olunacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Referendum  


Bizi "telegram"da izləyin