Ermənistanda döyüş mövqeyinin təhvil verilməsi barədə yalan məlumat verən şəxsə qarşı cinayət təqibi başlanıb

2026/05/1780063452.jpg
Oxunub: 318     18:01     29 May 2026    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində Cermuk şəhəri istiqamətində yerləşən döyüş mövqeyinin təhvil verilməsi barədə yalan məlumat vermə və bu əməli təşkil etmə faktı üzrə ibtidai istintaq aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, istintaq zamanı A.X. barəsində Ermənistan Cinayət Məcəlləsinin 476-cı maddəsinin 1-ci hissəsi ilə (yalan məlumat vermə) ictimai cinayət təqibi başlanıb. İrəli sürülmüş ittiham üzrə A.X. özünü tam təqsirli bildiyini və peşman olduğunu bəyan edib.

Qeyd edilir ki, o, Cermuk istiqamətində yerləşən döyüş mövqeyinin guya qarşı tərəfə təhvil verilməsi barədə yalan məlumat yaydığını etiraf edərək bunu sərxoş vəziyyətdə olarkən N.K. tərəfindən təşkil edilmiş toplantıda iştirakı ilə izah edib.

A.X.-in sözlərinə görə, həmin tədbirdə A.A. ilə görüşüb. A.A. onun sosial problemlərindən xəbərdar olduqdan sonra dərhal, 2026-cı il mayın 20-də jurnalistlə müsahibə təşkil edib.

A.X. həmçinin bildirib ki, daha əvvəl, 2026-cı il aprelin 17-dən mayın 8-dək Cermuk hərbi hissəsinin “N” nömrəli döyüş mövqeyində müşahidəçi qismində döyüş növbətçiliyi həyata keçirib.

Onun sözlərinə görə, döyüş növbətçiliyi dövründə ayıq vəziyyətdə olub. İbtidai istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayat-işi   Cermuk  


Bizi "telegram"da izləyin