Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.
“Yaranmış vəziyyətin praktiki müzakirəsi aparıldı və həmin vəziyyət barədə hər kəs çox yaxşı məlumatlıdır”, - deyə o qeyd edib.
Uşakov bildirib ki, iclasda baş nazir Nikol Paşinyanı əvəz edən Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan “müsbət və normal” əhval-ruhiyyəyə malikdir.
“O, normal, ağıllı insandır, hər şeyi çox yaxşı anlayır”, - deyə Uşakov vurğulayıb.
Ermənistan tərəfinin Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirilməsi üçün müraciət edib-etməməsi ilə bağlı suala cavab olaraq Uşakov bildirib: “Xeyr. Ayrı müzakirə nəzərdə tutulmamışdı və hətta belə bir müraciət də olmayıb”.
Alpər Mövludoğlu
Ordu.az